Azərbaycanın 3 təşkilatından Türkiyənin İdlibdəki əməliyyatına dəstək verildi - Tədbir + FOTOLAR

img

04-03-2020 [18:57]


Bu gün Beynəlxalq Diaspor Mərkəzi, (BDM)İctimai-Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) və Dünya Azərbaycanlılar Konqresinin birgə təşəbbüsü ilə Azərbaycan ictimaiyyətinin Türkiyənin “Bahar Qalxanı” əməliyyatına dəstək tədbiri keçiriblər.

İSBAM-dan Mia.az-a verilən məlumaat görə, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsini bir dəqiqə sükütla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan İSBAM sədri Samir Adıgözəlli regionda və xüsusi ilə Türkiyəni əhatə edən yaxın sərhəd bölgələrində baş verən hərbi əməliyyatlardan danışaraq bunları dedi: “Türkiyə uzun illərdir terrordan əziyyyət çəkən bir dövlətdir və bu gün Suriya ərazisində Türkiyəyə qarşı fəaliyyət göstərən silahlı qruplaşmalar fəaliyyətdədir.Təəssüflər olsun ki,terror qruplaşmalarına dünyanın bir sıra iri dövlətləri ağır silahlarla təchiz edib və dəstək göstərir.Bir tərəfdən də Suriyadakı Əsəd rejimi həm öz ölkəsindəki xalqa qarşı hərbi cinayətlər törədir həm də Türkiyəyə qarşı aparılan terror hücumlarına yaxından dəstək verir.Türkiyə həyata keçirdiyi əməliyyatlarla bölgədə sülh yaratmağa, terroru tamamilə məhv etməyə və dinc insanların mühafizəsinə çalışır.Biz qardaş Türkiyənin haqq mübarizəsində daim yanında olacağıq".

Sonra çıxış edən millət vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı Azərbaycan dövlətinin daim Türkiyə Cumhuriyyətinə haqq mübarizəsində dəstək verdiyini, Qarabağ məsələsinin Türkiyənin işi olduğu kimi bu gün Suriyada aparılan müharibədə Azərbaycanın məsələsidir.

O daha sonra bildirdi ki, ”bu gün qardaş ölkənin apardığı müharibəni bütün dünya azərbaycanlıları həssaslıqla izləyərək ancaq qələbə xəbərləri gözləyirlər.”

Daha sonra BDM sədri İsmayıl Ağayev tədbirdə çıxış edərək Türkiyə silahlı qüvvələrinin İdlib şəhərində xain hücuma məruz qalaraq 36 şəhid verməsini bütün Azərbaycanı dərindən üzdüyünü qeyd etdi: "Bu məsələ tək Türkiyə üçün deyil,bütün türk dünyası üçün həyatı əhəmiyyət kəsb edir.Türk xalqı tarix boyu əsgərinin şəhid olması ilə qürur duyaraq böyük qələbələr qazanmışdır.İsmayıl Ağayev fikirlərinin sonunda daha sonra bildirib ki bütün məsələlərdə daim azərbayacan ictimaiyyəti qardaş Türkiyənin yanında olduğu kimi bu gündə səsimizi qaldıraraq qardaşlarımızla həmrəy olduğumuzu bəyan edirik".

Tədbir də daha sonra Milli QHT Forumunun idarə heyyətinin sədri Qorxmaz İbrahimli, qazi Polkovnik Elmar Hüseynov, İSBAM Qadınlar Şurasının sədri Mətanət Musayeva, Qayğı Cəmiyətinin sədri Müşviq Əliyev, AMEA-nın əməkdaşı Asif Qurbanov, İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı, BDM-in deportament rəhbəri Pərviz Abbasov, Böyükmillet.com informasiya saytının redaktoru Sima Babayeva, ictimai fəallar Mirkazım ağa, Zakir Ağdamlı, Zamin Zeynal, Hacı Elşən, hüquqşünas Elçin Axunzadə və başqaları çıxışlarında Azərbaycan vətəndaş cəmiyyətinin Türkiyənin apardığı haqq mübarizədə həmrəylik göstərərək, qısa zamanda bölgədə terrorun məhv edilməsini istədilər.

Türkiyə şəhid analarına başsağlığı verərək, onlar qədər bizim də o şəhidlərlə qürur duyduğumuzu bildiriblər.

Tədbirin sonunda Azərbyacan ictimaiyyəti adından Türkiyə ictimaiyyətinə müraciət olunaraq həyata keçirilən “Bahar Qalxanı” hərakatınına dəstək ifadə edilib.

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR