İtaliya Kubokunun yarımfinal oyunu da ləğv olunub

img

04-03-2020 [18:41]


İtaliya Kubokunun yarımfinal mərhələsində "Napoli" və "İnter" klubları arasında keçirilməli olan cavab oyunu ləğv olunub.

Məlumata görə, martın 5-də Neapolda oynanılması nəzərdə tutulan qarşılaşma koronavirus epidemiyasına görə təxirə salınıb. Görüşün yeni tarixi hələlik açıqlanmayb.

Milan şəhərində keçirilən ilk matçda meydan sahibləri 0:1 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, bundan əvvəl XXV turun "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo", "İnter" - "Sampdoriya" oyunları, həmçinin  XVI turun "Yuventus" - "İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" görüşləri də eyni səbəbdən təxirə salınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR