Daha bir beynəlxalq yarış ləğv olundu - Ölümcül virusa görə

img

04-03-2020 [15:24]


Mərakeşin paytaxtı Rabatda 6 - 8 martda keçirilməsi planlaşdırılan cüdo üzrə Qran-pri turniri ləğv olunub.

Mia.az Beynəlxalq Cüdo Federasiyasına istinadla xəbər verir ki, səbəb koronavirus epidemiyasının yayılmasıdır.

Yarış Mərakeş hökumətinin qərarı ilə ləğv edilib.

Bildirilib ki, ölkədəki bütün beynəlxalq idman yarışları, sərgilər və kütləvi toplantılar ləğv edilib və ya təxirə salınıb.

IJF gözlənilməz qərarla bağlı üzr istəyib. Yarışda öncədən Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR