Demokratların Prezidentlik yarışı: Bayden milyarderi ştatlarda qabaqlayıb - Berni Sandersin təbliğata xərclədiyi 500 milyonu havaya uçdu?
04-03-2020 [14:58]
ABŞ-ın Demokratlar Partiyası “Super Çərşənbə Axşamı”ında 14 ştatda Prezidentliyə vahid namizədin müəyyən edilməsi üçün ilkin seçkilər keçirib.
“Amerikanin sesi” xəbər verir ki, ilkin hesablamalara əsasən, sabiq ABŞ vitse-prezidenti Co Bayden azı 10 ştatda, Vermont Senatoru və özünü “demokratik sosialist” kimi təqdim edən Berni Sanders isə 4 ştatda qalib gəlib. Baydenin Virciniya, Şimali Karolina, Alabama, Oklahoma, Minnesota, Tenessi və Arkanzasda, Sandersin isə doğma ştatı Vermontda, Kolorado, Utah və Texasda qalib gələcəyi gözlənilirdi.
Baydenin son qələbələri ötən şənbə günü Cənubi Karolinada afro-amerikalıların geniş dəstəyi sayəsində qazandığı həlledici qələbənin ardınca baş verib.
Cənubi Karolinada olduğu kimi, Virciniya ştatında da Baydenin afro-amerikalıların çoxluğunun səsini qazandığı aydın olur. Belə ki, CNN “exit-poll”-una əsasən onların 60 faizi Baydenə, 18 faizi Sandersə, cəmi 10 faizi isə sabiq Nyu York meri və milyarder Mayk Blumberqə səs verib.
Yarışlara sonradan qatılan Blumberq “Super Çərşənbə Axşamı”-nda güclü göstəricilər sərgiləyir. Bir çox ştatlarda o, üçüncü ən çox səs qazanan namizəddir.
Sandersin ispandilli amerikalıların və gənclərin güclü dəstəyi sayəsində nümayəndələr baxımdan ən zəngin Kaliforniya ştatında qalib gələcəyi ehtimal edilir. Bəzi gözlənitlərə zidd olaraq, belə görünür ki, “Super Çərşənbə Axşamı”-nın nəticələri hələ ki, Demokratların vahid namizədinin müəyyən edilməsində həlledici rol oynamayıb.
İlkin seçkilərin nəticələrini təhlil edən siyasi şərhçi Şahin Cəfərli bildirib ki, məşhur milyarder Blumberq 0,5 milyard dollardan çox pul xərcləsə də, seçkilərdə heç nə əldə edə bilmədi, yalnız reklamçılara, mediaya, kampaniyasındakı əməkdaşlara – bütövükdə ölkə iqtisadiyyatına fayda vermiş oldu: “Bu nəticə fevralın sonlarına yaxın kampaniyasının perspektivi ilə bağlı bədbin proqnozlar səslənən Co Baydenin böyük zəfəridir. Hələ qəti qələbədən danışmaq tez olsa da, Baydenin kampaniyası böyük stimul və psixoloji üstünlük əldə etmiş oldu. Bundan sonra ianə toplamaq və “Super Çərşənbə Axşamı”nın rüzgarı ilə mübarizəni davam etdirmək daha asan olacaq.
Bayden-Sanders rəqabəti həm də demokratlar daxilindəki iki ideoloji cərəyanın (mötədil-mərkəzçi və sosialist-proqressiv) rəqabətidir. Sol xətt əsasən 18-29 yaş arası gənclər və qismən də ispandilli (hispanic) demokratlar arasında populyardır. Orta və yuxarı yaş kateqoriyasına aid olan ağdərili, eləcə də dindar və afroamerikalı demokratlar əsasən tradisionalist mövqedədir, radikal paradiqma dəyişikliyindən ehtiyatlanırlar”.
Ekspertin qənaətinə görə, Sandersin nominasiyanı qazanması ehtimalı demokrat elitanı həm də ona görə qorxudur ki, sosialist namizədin liderliyi ilə seçkilərə girmək Konqresi itirməklə nəticələnə bilər. “Çünki müstəqil seçicilərin, hətta bəzi azsaylı mərkəzçi demokratların da “solçu prezident + prezident yönümlü parlament çoxluğu” modelindən qorxaraq Konqres seçkilərində demokratlara səs verməməsi, yaxud seçkilərə getməməsi ehtimalı var. Amerika müstəqilləri sistemdə balans yaratmağı sevir və partiyalardan birinin həm icra, həm də qanunverici hakimiyyəti eyni anda nəzarətə götürməsindən həzz duymur”.
Ş.Cəfərli Sandersin hələ şansının qaldığını vurğulayır: “Bundan sonra Nyu-York, Florida, Pensilvaniya, İllinoys və Ohayo kimi əhalisinin sayı 10 milyondan yuxarı olan ştatlarda keçiriləcək praymerizlər həlledici olacaq”.
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub