"Qarabağ" klubu bütün komandaların məşqlərini ləğv edib - Koronavirusa görə

img

04-03-2020 [12:44]


"Qarabağ" klubunun Futbol Akademiyasında bütün komandaların məşqləri martın 10-dək ləğv olunub.

Mia.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, bu addım koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərlə əlaqədar atılıb. Məqsəd yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsindən ibarətdir. 

Qeyd edək ki, daha əvvəl AFFA bütün aşağı yaş qrupları üzrə liqalarda oyunları, "Neftçi" isə uşaq komandalarının məşqlərini ləğv edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR