"Bəli, kişi müğənnilər yanlarında apardıqları qadın müğənniləri satır" - İfaçı "Gördüyüm "səhnə" var" deyir

img

04-03-2020 [11:26]


Bu yaxınlarda Əməkdar artist, xanəndə Sevinc Sarıyevanın verilişlərin birində dediyi sözlər qalmaqala səbəb olub. Onun "kişi müğənnilər yanlarında apardıqları qadın müğənniləri satırlar" sözləri bəzi həmkarları tərəfindən tənqid edilib.

Mia.az Ölkə.az-a istinadən xəbər verir ki, xanəndə ictimaiyyətdə ajiotaj yaradan sözlərin sonuna qədər arxasında olduğunu bildirib.

"İnandırım sizi, o açıqlamadan sonra mənə gələn zənglərin ardı-arası kəsilmədi. Bu açıqlamama görə xalq artistlərindən tutmuş əməkdar artistlərə qədər o qədər üstümə gələnlər oldu ki... 

Biri dedi, "sizə yaraşdırmadım", digəri irad tutdu. Ancaq təşəkkür edənlər də çox oldu.

Mən heç vaxt belə açıqlamalar etməmişəm. Hər zaman başımı aşağı salıb öz işimlə məşğul olmuşam. Ancaq yayda gördüyüm bir səhnə məni dəhşətə gətirdi, dilə gəldim. Elə istəyirdim, imkan olsun, mən sözümü çatdırım.

Həmin gün o verilişdə qadın müğənnilərin toya geyindikləri açıq-saçıq libaslar müzakirə olunurdu. Mən də canlı efirə qoşularaq fikirlərimi bildirdim. Dedim ki, həmin qadınların o günə düşməsinin günahkarı 80 faiz kişi ifaçılarıdır. Dediyim sözlərin də sonuna qədər arxasındayam", - deyə o, qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR