Müəllimə "məni kürəyimdən vurdular" dedi, Xoşqədəm isə... - VİDEO

img

04-03-2020 [11:09]


Rəqs etdiyi "Məsti-xumar" mahnısı ilə gündəmə gələn ibtidai sinif müəlliməsi Gülsüm Biləndərli Xəzər TV-də efirə gedən "Səni axtarıram" verilişinin qonağı olub.

Aparıcı Xoşqədəm Hidayətqızı canlı efirdə müəllimənin müdafiəsinə qalxıb. Gülsüm Biləndərli isə həmkarının onu kürəyindən vurduğunu deyib: "Demək olmaz ki, hamı naxələfdir. Məni kürəyimdən vurdular. Mən deyə bilmərəm ki, insanlara güvənmək olmaz. Mən güvəni aldım. Mən o videonu həmkarıma yollamışdım. Bütün Azərbaycan xalqına, başda da Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm".

Xoşqədəm Hidayətqızı isə öz övladlarını Gülsüm müəllimənin işlədiyi məktəbə qoyacağını deyib: "Təki belə müəllimlər olsun, fond pulu yığmasın, süpürgə pulu yığmasın, 8 martda gül gözləməsin. Mən belə müəllimələr istəyirəm. Mən sizə bir şey deyim. Siz hansı məktəbdəsinizsə, mən uşaqlarımı o məktəbə qoyacağam. İstəyirəm uşaqlarım o məktəbdə oxusun".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR