Deputatlığa namizədlər Müsavatda toplanıb - 7 nəfərdən ibarət işçi qrupu yaradılıb + Açıqlama/FOTOLAR

img

03-03-2020 [18:17]


Bu gün Müsavat Partiyasının qərargahında Müsavat, REAL partiyaları, NİDA, D 18 təşkilatları, "Hərəkət", "Cümhuriyyət" blokları və ictimai sektoru təmsil edən namizədlərin toplantısı keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Müsavat partiyasının başqanı Arif Hacıılı məlumat verib.

Onun sözlərinə görə, 80-dək deputatlığa namizədin iştirk etdiyi toplantıda maraqlı çıxışlar, mühüm təkliflər olub: "Saxta seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı bəyanatı imzalayan namizədlərin sayı 200-dən keçdi. Seçki saxtakarlığına qarşı mübarizənin koordinasiyasını təşkil etmək məqsədi ilə Gulağa Aslanlı, Natiq Cəfərli, İlkin Rüstəmzadə, Ruslan İzzətli, Bəxtiyar Hacıyev, Limunət Əmrahlı və Fərhad Mehdiyevin daxil olduğu işçi qrupu yaradıldı".

Partiya lideri deyib ki, İşçi qrupu toplantıda sələnən təklifləri də nəzərə almaqla, seçki saxtakarlığına qarşı mübarizənin bundan sonrakı mərhələsi üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək: "Bu istiqamətdə siyasi fəaliyyətin koordinasiyasını həyata keçirəcək. Məncə, siyasi mübarizənin yeni mərhələsinə daxil olduq".

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR