Konstitusiya Məhkəməsi toplanır: 121 deputat arasında olan vəzifəli şəxslərlə bağlı hansı qərar veriləcək?
03-03-2020 [17:39]
Martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxaraq qərar verəcək.
Məlumata görə, Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alacaq və ona deputat vəsiqəsi verəcək.
Başqa sözlə, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunmayıbsa və ya fəaliyyətinə xitam verməyibsə, ona deputat vəsiqəsi verilə bilməz. Bu, Konstitusiyada da əksini tapıb. Konstitusiyanın 85-ci maddəsinin II hissəsinə əsasən, icra hakimiyyəti sistemində qulluq edən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Eyni zamanda Seçki Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni MSK-ya təqdim etməlidirlər. Birmandatlı seçki dairəsi üzrə seçilmiş namizəd bu Seçki Məcəlləsinin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət etməli və təkrar seçkilər keçirməlidir.
Qeyd edək ki, 5 mart tarixində Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyəcəyi təqdirdə, Milli Məclisin ilk iclası bir həftə ərzində keçirilməlidir. Seçki Məcəlləsinin 1-1.-ci maddəsinə əsasən, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Yəni, yeni seçilmiş Milli Məclisin ilk iclası martın 12-dək keçiriləcək.
Beləliklə, icra hakimiyyəti sistemində qulluq edən şəxslərin MSK tərəfindən deputat kimi qeydə alınması və onlara deputat vəsiqəsi verilməsi üçün ya icra hakimiyyəti sistemindəki vəzifələrindən azad olunmalı, ya da onlar fəaliyyətlərinə xitam verməlidirlər. Başqa sözlə, əgər həmin şəxslər Milli Məclisin martın 12-dək keçiriləcək ilk iclasında iştirak edəcəklərsə, bunun üçün həmin vaxta qədər ya icra hakimiyyəti sistemindəki vəzifələrindən azad olunmalı, ya da onlar fəaliyyətlərinə xitam verməlidirlər. Yaxud ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni MSK-ya təqdim etməlidirlər. Məhz bu halda onlar deputat vəsiqəsi ala bilərlər. Bu müddətə qədər MSK onları deputat kimi qeydiyyata almayacaq və deputat vəsiqəsi verməyəcək.
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Suraxanı İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliabbas Salahov və icra hakimiyyəti orqanlarında çalışan daha bir neçə nəfər MSK-nın yekun protokoluna əsasən deputat seçilib.
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib/APA.
Onu da qeyd edək ki, MSK fevralın 25-də seçkilərlə bağlı daxil olan şikayətləri yekunlaşdırıb və ümumi yekunlara dair protokolun təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə göndərib.
Onu da qeyd edək ki, MSK 33 saylı Xətai birinci Seçki Dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü Seçki Dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd Seçki Dairəsi (lider namizəd Hadı Rəcəbli), 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində (lider namizəd Çingiz Qənizadə) səsvermənin nəticələrini ləğv edib.
Beləliklə, Konstitusiya Məhkəməsi 121 nəfərin deputat seçilməsi ilə bağlı MSK-nın yekun protokoluna baxıb, qərarını elan edəcək.
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib