Rövnəq Abdullayev Belarusun Baş naziri ilə bir arada: "Etibarlı tərəfdaşlar axtarmaq istəyirik" + FOTO
02-03-2020 [23:15]
"Belarus Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqavilədə maraqlıdır".
BELTA agentliyi xəbər verir ki, bu sözləri Belarusun baş naziri Sergey Rumas bu gün SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşdə bildirib.
"Belarus Azərbaycan neftinin tədarükü üçün uzunmüddətli müqavilə bağlamaqda maraqlıdır. Biz bu nefti Odessa-Brodı-Mozır neft kəmərindən istifadə edərək Mozır Neft Emalı Zavodunda emal etməyi planlaşdırırıq. Güman edirəm ki, SOCAR belə əməkdaşlıqda maraqlı olacaq", - Sergey Rumas deyib.
Hökumət başçısı Belarus və SOCAR-ın uzun müddət neft bazarında çalışdıqlarını xatırladıb. Belarus 2011 və 2016-cı illərdə bu şirkətdən neft alıb, Azərbaycan tərəfi də Belarusun neft məhsullarını alır.
“Sirr deyil ki, Belarus neft tədarükünün şaxələndirilməsi üzərində işləyir, bundan əvvəl bütün nefti Rusiya Federasiyasından almışıq. Lakin vergi manevrinin 2024-cü ilə qədər davam etməsi şəraitində Belarus üçün neft bazara çıxarılacaq.
Əlbəttə, alternativ neft tədarükü olmadan bu gün Belarusun enerji təhlükəsizliyindən danışmaq olmaz”, - Sergey Rumas qeyd edib.
“Buna görə də bu sahədə uzunmüddətli müqavilələr bağlaya biləcəyimiz etibarlı tərəfdaşlar axtarmaq istəyirik. Təcrübə göstərir ki, SOCAR məhz belə etibarlı tərəfdaş ola bilər", - baş nazir əlavə edib.
Sergey Rumas bildirib ki, SOCAR mütəxəssisləri hazırda Mozır Neft Emalı Zavodunda tikinti-quraşdırma işləri aparırlar.
Məmnuniyyətlə demək istəyirəm ki, "Belneftkim" və Mozır Neft Emalı Zavodunun rəhbərliyinin rəyi çox müsbətdir. Həqiqətən, sizin mütəxəssisləriniz bu çətin işi çox səmərəli şəkildə yerinə yetirirlər", - Sergey Rumas əlavə edib.
Hökumət başçısı bugünkü görüşün SOCAR və “Belneftkim” konsernləri arasında neft sənayesində ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addım olacağına ümid etdiyini bildirib.
Görüşdə Belarusun baş nazirinin müavini, neft sənayesinə rəhbərlik edən İqor Lyaşenko və "Belneftkim" konserninin sədri Andrey Rıbakov da iştirak edib.
Agentlik qeyd edib ki, SOCAR martın 5-6-da Türkiyənin Ceyhan limanından Belarusa ilk neft tankerini göndərəcək. Göndəriləcək neftin həcmi təqribən 85 min ton təşkil edir. Martın 20-də Gürcüstanın Supsa limanından təxminən 85 min ton həcmində ikinci tankerin göndərilməsi planlaşdırılır/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb