Gürcüstan-Azərbaycan sərhədində çadır quruldu - FOTO

img

02-03-2020 [15:58]


Gürcüstanda koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə bütün sərhəd-keçid məntəqələri və üç hava limanı yaxınlığında çadırlar qurulub.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Çadırlar ölkənin Azərbaycan, Türkiyə, Ermənistanla sərhədində, Tbilisi, Batumi və Kutaisi hava limanları ətrafında yerləşdirilib.

Gürcüstanın sərhəd-keçid mənqətələrində tibbi heyət 24 saat rejimində fəaliyyət göstərir. Koronavirusun yayılması göstəriciləri yüksək olan ölkələrdən Gürcüstana gedən sərnişinlər xüsusi tibbi müəssisəyə çatdırılmamışdan öncə çadırlarda yerləşdiriləcəklər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR