"Sizlər də bu yükü götürəcəksiniz" - Ərdoğandan Avropaya sərt mesaj

img

02-03-2020 [15:27]


“Bir neçə ay əvvəl şərtlərimiz qəbul olunmasa, suriyalı qaçqınlara Avropanın qapılarını açarıq demişdik. Düşündülər ki, blef edirik. Qapılar açılan kimi zəng zəng dalınca gəlir”.

Mia.az xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, hazırda Avropa ölkələrinin liderləri Türkiyəyə "qapıları bağlayın" çağırışı edirlər:

“Bizə qapıları bağlayın deyirlər. Bu məsələ bitdi dedik. Artıq qapılar açılıb. Sizlər də bu yükü götürəcəksiniz. Bu axşam Bolqarıstan Baş Naziri ilə görüşəcəyəm,  Angel Merkellə telefon danışığım olacaq".

Ərdoğan, eyni zamanda, deyib ki, indiyə kimi Suriya ordusuna məxsus 135 tank, 22 zirehli avtomobil, 1 pilotsuz uçuş aparatı, 8 helikopter, 2 təyyarə, xeyli silah depoları və 2557 rejim əsgəri məhv edilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR