"DƏRSLƏR BAĞLANMAYACAQ" - Təhsil Nazirliyindən koronavirusla bağlı açıqlama

img

02-03-2020 [12:52]


"Bu günlərdə ən çox müzakirə olunan məsələ təhsil müəssisələrinin bağlanması məsələsidir. Bütün təhsil müəssisələrinin bağlanması ilə bağlı qərar yoxdur".

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov koronavirus təhlükəsi səbəbindən məktəblərin bağlanması ehtimalı ilə bağlı bildirib.

Onun sözlərinə görə, bununla bağlı hər hansı qərar və ya müvafiq tapşırıq olarsa, məlumat veriləcək:

"Koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Yanvarın 30-dan başlayaraq Nazirlər Kabineti tərəfindən müvafiq dövlət strukturlarına tapşırıq verilmişdi. Fevralın 24-dən Təhsil Nazirliyinin rayon və təhsil şöbələrinə müvafiq məktublar göndərilib".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR