DAHA BİR DEPUTATIN XARİCDƏ ÖVLADININ ADINA ŞİRKƏT AŞKARLANDI - Sənədlər

img

02-03-2020 [12:23]


2000-ci ildən Qaxdan deputat olmuş Azər Kərimlinin Böyük Britaniyada daha bir şirkəti üzə çıxıb.

Mia.az
 xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həəsnli özünün Facebook səhifəsində sənədlər paylaşıb.

Jurnalist yazıb ki, KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) 2018-ci ilin sentyabrın 13-də 11566535 saylı şəhadətnamə ilə Londonda qeydiyyatdan keçib: "Reyestr məlumatlarına görə, şirkət daşınmaz əmlak satışı ilə məşğuldur.

Qeydiyyat ünvanı 186 Ability Place, 37 Millharbour, London, United Kingdom, E14 9DF.

Şirkətin təsisçisi Fəxri Kərimli Azərbaycan vətəndaşı, Oksford məzunudur. Atası Azər Kərimli Milli Məclisin son 5 çağırış deputatıdır".

Daha bir deputatın xaricdə biznesi üzə çıxdı - Sənədlər
Daha bir deputatın xaricdə biznesi üzə çıxdı - Sənədlər
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR