Quba-Bakı yolunda yük maşını qəzaya uğradı

img

01-03-2020 [12:10]


Bu gün Quba - Bakı magistral yolunda yük avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.

Hadisə magistral yolun Qaraçay kəndi ərazisində qeydə alınıb.

Belə ki, “60-AC-367” dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətdə olarkən nəqliyyat vasitəsinin təkəri partlayıb.

Nəticədə, kənd təsərrüfatı gübrələri ilə yüklənmiş avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobilə və yükə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR