Parlament seçkilərinin yekun nəticəsi nə vaxt təsdiqlənəcək? - Tarix bəlli oldu

img

29-02-2020 [18:34]


Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-də saat 10:00-a təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi məlumat yayıb.

Xatırladaq ki, MSK fevralın 25-də seçkilərlə bağlı daxil olan şikayətləri yekunlaşdırıb və ümumi yekunlara dair protokolun təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Onu da qeyd edək ki, MSK 33 saylı Xətai birinci Seçki Dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü Seçki Dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd Seçki Dairəsi (lider namizəd Hadı Rəcəbli), 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində (lider namizəd Çingiz Qənizadə) səsvermənin nəticələrini ləğv edib.

Beləliklə,  Konstitusiya Məhkəməsi 121 nəfərin deputat seçilməsi ilə bağlı MSK-nın yekun protokoluna baxıb, qərarını elan edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR