"Nə istəyirsən məndən, dərdin nədir? - CHP liderindən Ərdoğana sərt cavab gəldi

img

29-02-2020 [16:45]


Türkiyə Prezidenti ərdoğanın AKP-li deputatlarla görüşdə CHP liderinin nəzərdə tutaraq "Bütün dünya liderləri ilə İdlibdəki vəziyyətlə bağlı, şəhidlərmizlə bağlı görüşmələrimiz oldu, bir ana müxalifətin başı xaric. O, məni axtarmadı, nəymiş mən onu axtarmalıymışam. Dünya bizə zəng edir, axtarır, sən də belə edəcəksən", - dediyi sözlərə qarşı tərəfdən cavab gecikməyib.

Mia.az xəbər verir ki, Ərdoğanın bu sözlərindən dəqiqələr sonra CHP lideri Kamal Kılıcdaroğlu jurnalistlərin qarşısına çıxıb.

O, "Bu gün Ərdoğanın etdiyi çıxış məni dərindən yaraladı. Daha şəhidlərimiz dəfn edilmədi, bu necə danıışmadır? Biz necə qəbul edəcəyik bunu? Dərdi mənəm. Nə istəyirsən məndən? Hələ ölkəyə başsağlığı verək, barı bu gün də qovğa etməyək, yaralarımızı sarıyaq", - deyərək, Ərdoğana səslənib: "Türkiyə Məclisi nədən yanadır? Gəl ora, açıqlama ver. Niyə gəlmirsən? Qəhrəman ordumuz Suriyada həyatlarını fəda edir. Mən buna çox üzgünəm. Hamımızın başı sağ olsun. Ordumuzun hər bir əsgərini qucaqlayıram. Onların anaları ilə mən danışıram. Heç kimsənin dırnağına zərər gəlməsini istəmirik".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR