Gürcüstanda koronavirusa görə dərslər bağlandı - Bəs Azərbaycanda necə olacaq?

img

29-02-2020 [14:10]


Gürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə yaz tətilinin başlanma vaxtı dəyişdirilib.

Bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, tətil martın 9-u əvəzinə martın 2-dən etibarən başlayacaq və ayın 16-dək davam edəcək.

Şuranın digər qərarı ilə ictimai nəqliyyat və uşaq bağçalarında dezinfeksiya tədbirləri gücləndiriləcək/Report. 

Bəs Azərbaycanda nə gözlənilir? Belə bir hal ola bilərmi?

Xatırladaq ki, dünən Azərbaycan Təhsil Nazirliyi koronavirus təhlükəsinə görə ümumi təhsil müəssisələrində dərslərin dayandırılacağı ehtimalı ilə bağlı açıqlama verib.

Mia.az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı deyib:

"Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR