FHN şefinin biznes şəriki ölkədən qaçıb? - Kəmaləddin Heydərovun ətrafında nə baş verir?
29-02-2020 [11:37]
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nüfuz və təsir dairəsi sürətlə daralır. Bunu son aylarda baş verən bir-birindən ilginc hadisələr də təsdiqləyir.
"Unikal" qəzetinin bugünkü sayında yazılıb ki, 9 fevralda baş tutan parlament seçkisində Heydərova yaxınlığı ilə bilinən bir çox şəxslər parlamentdən kənarda qaldı.
Məsələn, müğənni Zeynəb Xanlarova ümumiyyətlə namizədliyini irəli sürmədi, biznesmen Hacı Salayev isə öncə namizədliyini irəli sürsə də, sonradan geri götürməli oldu. Bir neçə namizədin isə Milli Məclisə düşmək arzusu elə arzu olmaqdan bir addım da irəli getmədi.
Bunun ardınca "fövqəlnazir"in himayə etdiyi icra başçılarından biri – İsmayıl Vəliyev həm vəzifəsini, həm də azadlığını itirdi. 2011-ci ildən Neftçala rayonuna rəhbərlik etmiş Vəliyev, ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanıldı. Onun mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.
K.Heydərov hökumətdə əvvəlki nüfuz və təsir imkanlarını qoruyub saxlamış olsaydı, yəqin ki, yaxın adamlarından birinin bu şəkildə "vurulmasını" önləyə bilərdi. Lakin bir az yuxarıda da qeyd etdiyimiz kimi, onun əvvəlki qüdrətindən əsər-əlamət qalmayıb.
"Fövqəlnazir"in ölkə daxilindəki və xaricindəki biznesi də əhəmiyyətli şəkildə sarsılıb. Azərbaycandakı gəlir yerlərinin bir çoxunu itirən Heydərovun ölkə hüdudlarından kənardakı obyektləri də arzuedilməz günlərini yaşayır.
Məsələn, bir neçə ay əvvəl ona məxsus "Benkons Group"un Tatarıstandakı iki böyük layihəsini dayandırdığı məlum olmuşdu. Söhbət Kazanka çayı sahilində 20 milyon dollar investisiya dəyərində 13 ofislik biznes mərkəzi və 252 yerlik 4 ulduzlu oteldən ibarət kompleksin tikintisindən gedir. Bildirilirdi ki, "fövqəlnazirin" şirkəti eyni zamanda Tatarıstanın Laişevski rayonunda 4 milyard rubl (65 milyon dollar) investisiya dəyəri olan şirə zavodunun və logistika mərkəzinin tikintisindən də müəmmalı şəkildə imtina edib.
Digər tərəfdən isə Heydərovun sahib olduğu geniş media gücü də artıq zəifləyib.
Bir sözlə, proseslər "fövqəlnazir"in böyük sürətlə sıradan nazir olması istiqamətindən gedir və təcrübə bu prosseslərin yaxın gələcəkdə onun postunu itirməsi ilə nəticələnəcəyini söyləməyə ciddi əsaslar verir.
Hər halda bir çox nüfuzlu oliqarx-məmurlarla bağlı da biz oxşar ssenarini izləmişik; misal üçün, sabiq nəqliyyat naziri Ziya Məmmədov bir neçə ildə səlahiyyətlərinin və biznesinin əsas hissəsini itirdikdən sonra postundan kənarlaşdırılmışdı.
İndi eyni aqibəti "fövqəlnazir"in yaşaması da kifayət qədər realdır. Yuxarıda sadalananlar azmış kimi, Heydərovun ətrafında ilginc bir qalmaqal da yaşanmaqdadır. Belə ki, nazirin biznes şəriki olan türk xanım müəmmalı şəkildə Azərbaycandan qaçıb. Adına vətəndaşı olduğu Türkiyədə bir çox ticarət obyektləri rəsmiləşdirilən həmin xanım "fövqəlnazir"in zəifləməsinin ardından ilginc fikirə düşüb: Heydərovun qardaş ölkədə onun adına olan biznesinin əsas pay sahibi olmağa qərar verib. Bu isə tərəflər arasında ixtilafa gətirib çıxarıb. Sonda isə xanım övladı ilə birlikdə Azərbaycandan getməyə qərar verib.
İddialara görə, qadın Türkiyə vətəndaşı olsa da, əsasən ölkəmizdə yaşayırmış və bunun üçün ona hər cür komfort imkan yaradılıbmış. Hətta sözügedən xanıma Ramiz adlı sürücü və mühafizəçi ayrılıbmış. Lakin belə görünür, o, "fövqəlnazir"in ətrafında həlqənin daraldığını görüncə öncədən başının çarəsinə baxmağa qərar verib: bu səbəbdən də de-yure onun adına olan biznes obyektlərinin həm də de-fakto sahibi olmaq üçün Türkiyəyə qayıdıb.
Bu qalmaqalın nə ilə yekunlaşacağını zaman göstərəcək. Hələliksə görünən odur ki, Kəmaləddin Heydərov üçün işlərin heç də yaxşı istiqamətdə getmədiyindən duyuq düşənlər artıq onun "gəmisini" tərk edirlər...
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib