İlqar Məmmədov PA-ya dəvət olundu: "Bəzi perspektiv mövzulara sadəcə toxunduq"

img

29-02-2020 [11:21]


ReAL partiyasının sədri İlqar Məmmədovla Prezident Administrasiyasında şöbə müdiri Ədalət Vəliyevlə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Bildirib ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev onu görüşə dəvət edib:

"Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq".

Xatırladaq ki, bir neçə gün əvvəl PA-nın şöbə müdiri AXP sədri Pənah Hüseynlə də görüşüb.

Miaa.z


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR