Qarabağın işğalı ilə bağlı məruzə BMT-nin rəsmi sənədi kimi yayılıb - Detallar
28-02-2020 [18:01]
Məşhur beynəlxalq hüquqşünas Malkolm Şou və Naomi Hart tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində hərbi cinayətlər və Ermənistanın məsuliyyətinə dair” məruzə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinidən Mia.az-a bildirilib ki, məruzədə Azərbaycanın hazırda işğal altında olan ərazilərində Ermənistanın törətdiyi müharibə cinayətləri və bununla bağlı Ermənistanın üzərinə düşən öhdəliklər araşdırılır, bu xüsusda müvafiq hüquq normaların nəzəri təhlili ilə yanaşı, həmin normaların Ermənistan tərəfindən pozulmasını sübut edən faktoloji məlumatlar əks olunur.
Məruzədə beynəlxalq təşkilatların sənədləri, Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin qərarları, qeyri-hökumət təşkilatlarının araşdırmaları, kütləvi informasiya vasitələrinin açıqlamaları, fərdi müəlliflərin yazıları kimi müstəqil mənbələrdən, eləcə də Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının sənəd və materiallarından istifadə olunub.
İki hissədən ibarət olan məruzənin birinci hissəsi münaqişənin faktoloji və tarixi kökləri, beynəlxalq humanitar hüququn ümumi izahı və bu xüsusda, Ermənistanın üzərinə düşən öhdəliklərin təhlilinə həsr edilib. Məruzənin ikinci hissəsi isə ardıcıl qaydada təhlil edilmiş müharibə cinayətlərindən bəhs edir, burada ilk növbədə, mülki şəxslərin öldürülməsi və yaralanması ilə bağlı müharibə cinayətlərinə dair, daha sonra isə etnik təmizləmə, işğal altında olan ərazilərdən məcburi köçürülmə və bu ərazilərin xüsusiyyətinin məqsədyönlü şəkildə dəyişdirilməsi, eləcə də mədəni irsin dağıdılması və ətraf mühitə zərər vurulması kimi məsələlərin təhlili yer almışdır.
Məruzədə BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilərək, BMT Təhlükəsizlik Şurasının birmənalı şəkildə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəklədiyi, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının tərkib hissəsi olduğu və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması və didərgin düşmüş əhalinin öz yerlərinə qaytarılması üçün şəraitin yaradılması barədə tələb irəli sürdüyü vurğulanır.
Məruzədə Ermənistanın bu tələblərə məhəl qoymayaraq, Azərbaycanın əraziləri nəinki işğal altında saxlamağa davam etdiyi, hətta bütün beynəlxalq hüquq normalara zidd olaraq, orada müxtəlif növ qeyri-qanuni fəaliyyət apardığı qeyd olunur. Belə ki, sənəddə Ermənistan Respublikasının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində beynəlxalq hüquqa zidd qeyri-qanuni fəaliyyəti araşdırılır. Bu xüsusda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən 2016-cı ildə hazırlanmış “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət” adlı hesabatın, eləcə də Xarici İşlər Nazirliyi və Azərkosmosun 2019-cu ildə birgə dərc etdiyi “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın BMT çərçivəsində yayıldığı qeyd edilir.
Məruzədə, həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri, Ermənistanın əməllərinin qeyri-qanuniliyinin hüquqi əsaslandırılması və Ermənistanın beynəlxalq məsuliyyətinə dair hüquqi rəy təmin edilir.
Məruzə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsinin BMT Baş Katibinə müşayiət məktubu ilə birgə bu ilin 7 fevral tarixində BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.
Azərbaycan nefti bahalaşıb
Saatlıda polis əməliyyatı: saxlanılanlar var -FOTO
Saatlıda polis əməliyyatı: saxlanılanlar var -FOTO
Saatlıda polis əməliyyatı: saxlanılanlar var -FOTO
Netanyahu Baydenlə telefonda danışdı - 45 dəqiqəlik müzakirə olub
Türkiyədə daha bir klub rəhbəri istefa verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BMT: "Qəzzaya yardım üçün quru nəqliyyatına alternativ yoxdur"
Ərdoğan Putinə zəng edib: "Vasitəçiliyə hazırıq"
Şərqşünaslıq İnstitutunda seminarda Atatürk dövründə İran-Türkiyə münasibətlərindən bəhs edilib - FOTOLAR
Ramazanın 9-cü günü: imsak və iftar vaxtları
Rumıniyada NATO nəhəng hərbi bazası yerləşdiriləcək
İsrail hərbçiləri jurnalistləri döyüb, daha sonra isə...
Sərhəddə buraxılış məntəqələrinin sayı artırılıb
DSMF-nin sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır
Qarabağ zonasında daha 1394.5 hektar ərazi minalardan təmizlənib
"Qarabağ"ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb
"ENERGAZER" MMC haqqındakı iddialarla bağlı açıqlama yaydı... - 682 minlik tenderlə bağlı məlumatlar təkzib olunur
NATO Baş katibinə Bakıda hansı cavab verilib?- TƏHLİL
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa ayı 270 min olan villanı kirayəyə götürüb - FOTOLAR
YAP İdarə Heyətinin iclası keçirilib - Açıqlama
Aprelin 14-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Britaniya kralı III Çarlz vəfat edib?
Məclisə qəzet təsis etmək hüququ verilib
Prezident Xankəndidə: İlham Əliyev Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib (FOTOLAR)
İlham Əliyev Azərbaycan xalqını təbrik edib - MƏTN
Müğənni Ruhi Əliyeva Qənirə Paşayevanın yerinə deputat olacaq? - Maraqlı video yayıldı
İordan çayının qərb sahilində daha 10 fələstinli saxlanılıb
İsrail-Livan sərhəd xəttində toqquşma davam edir - Tərəflər bir-birlərinə raket zərbələri endirir
İsrailin Qəzzadakı savaşının 164-cü günü: ölənlərin sayı artıb
Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
Əvəz Zeynallı apellyasiya şikayəti verib
NATO-nun Baş katibi Bakıdan belə yola salındı - FOTOLAR
Böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri açıqlanıb - Kimlər qalib oldu? (SİYAHI)
Sabahın hava proqnozu açıqlanıb
Dövlət İmtahan Mərkəzinin adından saxta səhifə və qruplar yaradılıb
Avstriyada “Bir olaq, həmrəy olaq” adlı tədbir keçirilib - FOTOLAR
HADI və BIDININ nağılı
"Neftçi" "Spartak"la Bakıda yoldaşlıq oyunu keçirəcək
YAP Gənclər təşkilatının keçmiş sədr müavini şikayət verib
Dövlət Xidmətində yeni təyinat olub