Futzalçı koronavirusdan öldü - FOTO

img

27-02-2020 [20:37]


Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Qum şəhərində ölümcül virusa yoluxan 23 yaşlı futzalçının həyatını xilas etmək mümkün olmayıb. Şeyxi İsfahanın "Sepahan" klubunun da formasını geyinib.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR