Baş prokurorun müavini Neftçala və Cəlilabad rayon sakinlərini qəbul edəcək

img

27-02-2020 [15:44]


Baş prokurorun müavini Namiq Əsgərov bu il martın 6-da saat 10:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Neftçala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR