KORONAVİRUSDAN NECƏ QORUNMAQ OLAR? - Zəruri məsləhətlər
27-02-2020 [13:29]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün zəruri tövsiyələrini açıqlayıb.
Mia.az AQTA-nın açıqlamasını təqdim edir:
"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn COVID-19 virusu dünyanın bir sıra ölkələrinə yayılmaqdadır. İlk yoluxan insanlara xəstəliyin birbaşa heyvan mənşəli qidalardan keçdiyi müəyyən olunmuşdur. Xəstəliyi törədən virusun heyvan mənşəli məhsullar vasitəsi ilə yayılma ehtimalı nəzərə alınaraq vətəndaşların qida məhsulları ilə davranışı, bişirmə (56 °C və ya daha yuxarı temperaturda bişirmək, yaxud termik emaldan keçirmək) və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir.
Qidalanma zamanı nələrə diqqət etməli?
Orqanizmin sağlam fəaliyyəti və xəstəliklərə qarşı müqavimətini artırmaq üçün immunitetin güclü olması çox vacibdir. İmmunitetin güclü olması üçün müxtəlif vitamin və mikroelementlərə ehtiyac var. Bura A, C, D, E və B qrup vitaminləri (B2, B6, B12), fol turşusu, dəmir və sink daxildir. A vitamini: treska balığı, yumurta, sarı və narıncı meyvə - tərəvəzlərdə, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlərdə, C vitamini: sitrus meyvələrdə, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokoli, cəfəri, ananas, brüssel kələmi, gül kələm, manqo, noxud və pomidorda, D vitamini: tuna və qızıl balıq kimi yağlı balıqlarda, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklərdə, E vitamini: bitki yağları (günəbaxan, zəfəran, qarğıdalı və soya yağlarında), badam, fıstıq, günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərdə, B qrup vitaminlərindən B6 vitamini: tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, taxıl və noxudda, B12 vitamini: qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıqda mövcuddur.
Sadalanan bu qida məhsullarının qəbulu ilə yanaşı, gündəlik qidalanma və həyat tərzi vərdişlərində immun sistemini zəiflədən bir sıra amillərdən qaçınmaqla da orqanizmimizi təhlükələrdən qoruya bilərik. Həmin amillər: xroniki xəstəliklər, yuxusuzluq, şəkərdən həddindən artıq istifadə, xroniki stress, balanslaşdırılmamış qidalanma, iltihabi xəstəliklər, az hərəkətli həyat tərzi, artıq çəki, siqaret, spirtli içki faktorlarıdır.
Qida yolu ilə yoluxan xəstəliklərin qarşısını necə almalı?
İstehlak etdiyimiz qida ilə davranma, bişirmə və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması çox vacibdir. Xəstəliyə səbəb ola biləcək zərərli bakteriyaları biz görə bilmirik. Unutmaq olmaz ki, istənilən qida məhsulu özü ilə mikroorqanizmləri daşıya bilir. Qidaları hazırlayarkən, bişirərkən xüsusilə çiy əti hazırlayarkən əllər, istifadə olunan qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdr. Meyvə və tərəvəzlər xüsusi həssaslıqla təmizlənməlidir. Qidalar lazımi temperaturda bişirilməli və saxlanmalıdır. Bişirildikdən sonra isə otaq şəraitində saxlanmamalı, dərhal soyudulmalıdır. Çarpaz çirklənməyə yol verilməməlidir. Məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır. Mətbəx mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.
Alış-veriş zamanı nələrə diqqət etməli?
1. Qida məhsullarının alış-verişi zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması üçün əvvəlcə tez xarab olmayan məhsulları seçmək və onları yerləşdirdikdən sonra soyudulmuş və ya dondurulmuş qida məhsullarını almaq lazımdır.
2. Qablaşdırılması pozulmuş ət və ya quş əti məhsullarını seçmək tövsiyə olunmur.
3. İstifadə müddəti bitmiş qida məhsullarını almaq və ya istehlak etmək yolverilməzdir.
Qida məhsullarını necə saxlamalı?
Tez xarab olan qida məhsulları 2 saat ərzində, temperatur 32 ºC-dən yuxarı olduqda isə 1 saat ərzində soyudulmalıdır. Soyuducu 4.4 ºC-də və ya daha aşağı, dondurucu isə -17.7 ºC-də və ya daha aşağı temperaturda olmalıdır.
Təzə quş əti, balıq, çəkilmiş ət 2 gün ərzində bişirilməli və ya dondurmalı, dana, quzu əti isə 3-5 gün ərzində bişirilməli və ya dondurmalıdır. Tez xarab olan qida məhsullarının, məsələn, ət və quş ətinin keyfiyyətinı qorumaq, həm də onların şirələrinin digər qida məhsullarına keçməməsi üçün onlar etibarlı şəkildə qablaşdırılmalıdır.
Konservləşdirilmiş qidalar donma temperaturuna və ya yüksək temperaturlara məruz qalmamalıdır. Bükülmüş, paslanmış və ya şişmiş konserv qabları dərhal atılmalıdır.
AQTA yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün vətəndaşları qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməyə, eyni zamanda bu cür xəstəliklərlə bağlı yalnız rəsmi orqanların məlumatlarına etibar etməyə çağırır".
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Blinken ərəb ölkələrinə səfərə gedir: "Qəzzada əhali ciddi ərzaq böhranı ilə üz-üzədir"
Türkiyə səfiri: "Üzünüzdən sevinc əskik olmasın!"
Məktəblərdə dərslər nə vaxt başlayacaq? - Açıqlama
"Trabzonspor"a 2 qol vuran Fredin xanımı elə mesaj paylaşdı ki... - "Yengə bu işi bilir" - FOTO
Sumqayıtda 7 yaşlı uşağı zalda öldürən məşqçiyə ağır cəza verildi
DEPUTATLAR BU TARİXDƏ TOPLANIR: daha 21 qanun dəyişir - SİYAHI
"Qalatasaray" prezidentindən super kubok oyunu ilə bağlı açıqlama: "Oyunun təxirə salınması..."
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
“Zəfər meydanı”ndan başlayan Novruz bayramı
Bakcell maraqlı paylaşım edib
Yeni idman kanalına lisenziya verilib
“Ulduz”un yeni sayı çap olunub
Suriya ordusu ilə İranın dəstəklədiyi qruplardan Türkiyəyə qarşı birgə əməliyyat - İdlibdə 14 bölgəyə hücum başlayıb
Deputatın "siyasi alveri" təsdiqləndi: "Dedi, ailəmin pula ehtiyacı var, ev almalıyam"
Sabah yağış yağacaq
Macarıstan - Türkiyə matçı TRT SPOR-da canlı yayımlanacaq - Heyətdə dəyişiklik olub
Mingəçevirdə 15 nəfərin 200 min manatını ələ keçirən şəxs tutulub
Nəsimi rayonunda “Milli-mənəvi dəyərlərimiz və sağlam cəmiyyət” adlı tədbir keçirilib - FOTOLAR
İcra başçısı 58 min manata xidməti maşın alıb
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Latsio" "Qalatasaray"ın sabiq baş məşqçisi ilə anlaşıb
AXCP Daşkəsən rayon şöbəsinin sədri niyə saxlanılıb? - DİN açıqladı
Xankəndidə yenə silah-sursat aşkarlanıb
FHN-dən əhaliyə - Xəbərdarlıq
Haitidə xaos - Silahlı dəstələr arasında insidentdə daha 10 nəfər ölüb, yaralılar var
İsrail Dəməşqi yenə bombalayıb
Azərbaycan nefti bahalaşıb
Saatlıda polis əməliyyatı: saxlanılanlar var -FOTO
Netanyahu Baydenlə telefonda danışdı - 45 dəqiqəlik müzakirə olub
Türkiyədə daha bir klub rəhbəri istefa verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BMT: "Qəzzaya yardım üçün quru nəqliyyatına alternativ yoxdur"
Ərdoğan Putinə zəng edib: "Vasitəçiliyə hazırıq"
Şərqşünaslıq İnstitutunda seminarda Atatürk dövründə İran-Türkiyə münasibətlərindən bəhs edilib - FOTOLAR
Ramazanın 9-cü günü: imsak və iftar vaxtları
Rumıniyada NATO nəhəng hərbi bazası yerləşdiriləcək
İsrail hərbçiləri jurnalistləri döyüb, daha sonra isə...
Sərhəddə buraxılış məntəqələrinin sayı artırılıb
DSMF-nin sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır
Qarabağ zonasında daha 1394.5 hektar ərazi minalardan təmizlənib
"Qarabağ"ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb