Ali Məhkəmə də Bəxtiyar Hacıyevə "yox" dedi - Seçki ilə bağlı

Ali Məhkəmə də Bəxtiyar Hacıyevə "yox" dedi - Seçki ilə bağlı

SİYASƏT

27.02.2020, 11:16

Dünən Ali Məhkəmədə 29 saylı Səbail Birinci Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Mia.az xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevin özü məlumat verib.

Bildrib ki, Ali Məhkəmə şikayətini təmin etməyib.

Xatırladaq ki, B. Hacıyev seçkilərin saxtalaşdırıldığını iddia edərək MSK-ya və məhkəmlərə üz tutub. MSK 29 saylı dairənin bir neçə məntəqəsində nəticələri ləğv etsə də, ümumilikdə seçkilərin nəticələrini etibarlı sayıb.
Apellyasiya Məhkəməsi də namizədin şikayətini təmin etməyib. Beləliklə, həmin dairədən namizəd Nigar Arpadarainin qalib gəlməsi rəsmiləşdirilib.
 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR