Türkiyədə yaşayan həmyerlimiz Xocalı soyqırımının qurbanlarını belə andı - VİDEO

img

26-02-2020 [19:55]


Türkiyədə yaşayan həmyerlimiz Rauf Adıgözəlli Xocalı soyqırımının qurbanlarını özünəməxsus formada anıb.

Mia.az xəbər verir ki, o, sərt qış ayında baş verən soyqırımın 28-ci ildönümündə Türkiyədə - Marmaris dənizinin sahilində faciənin qurbanlarına Allahdan rəhmət diləyərək, soyuq havada dənizdə üzüb...

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçriblər. Bu dəhşətli qırğın nəticəsində aralarında uşaqlar da olmaqla 613 azırbaycanlı öldürülüb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR