Sabahın hava proqnozu açıqlandı

img

26-02-2020 [13:15]


Bakıda və Abşeron yarımadasında fevralda 27-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 27-28-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR