27 saylı Sabunçu ikinci seçki dairəsində 1 məntəqədə nəticələr etibarsız sayıldı

img

25-02-2020 [17:15]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.

Mia.az xəbər verir ki, şikayətlə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Bildirib ki, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız bir məntəqədə qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki ( 34 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, bu dairə üzrə lider namizəd Əliabbas Salahzadədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR