Hikmət Hacıyevlə Fərəh Əliyevaya yeni vəzifə verildi - SƏRƏNCAM

img

25-02-2020 [16:11]


Prezident İlham Əliyev  “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilib.

Mia.az xəbər verir ki, bununla bağlı verilən sərəncama əsasən, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tərkibində dəyişiklik olub.

Dəyişikliyə əsasən, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Komissiyanın üzvləri sırasına daxil edilib.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə YUNESKO-ya bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri isə Fərəh Əliyevadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR