Fəttah Heydərovun köməkçisi, yaxud Sədaqət Vəliyevanın müavini: Ramin Əhmədovla bağlı hansı qərar veriləcək? - FAKTLAR
25-02-2020 [13:58]
“123 nəfər YAP tərəfindən irəli sürülmüş namizədimiz vardı. 236 nəfər isə partiyanın qərarı olmadan öz hüquqlarından istifadə edərək, namizədliyini irəli sürmüşdü”.
Mia.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Siyavuş Novruzov APA-ya müsahibəsində deyib.
S. Novruzovun sözlərinə görə, onlardan 101 nəfər partiya tərəfindən namizədlər irəli sürüldükdən sonra öz namizədliyini geri götürüb: “135 nəfərlə isə söhbət aparıldı. Partiyanın Nizamnaməsində göstərilir ki, partiyanın qərarına hörmətlə yanaşılmalıdır. Partiyanın rəhbər orqanlarının çıxardığı qərarlar partiyanın üzvləri tərəfindən qəbul olunmalıdır. Eyni qaydada üzvlər üçün də bizim Nizamnamədə qeyd olunub ki, hər zaman partiyanın dəstəyindən istifadə edə bilər. Həmin şəxslər isə bizim öz namizədlərimizə alternativ yaradırdılar. Partiya uzun illər ölçüb-biçir, tədqiqat işləri aparır ki, hansı dairədən hansı şəxsin namizədliyi irəli sürülsə, qələbə çala bilər. Bunlar hamısı hesablanır. Bütün bunlarla bağlı tədqiqat aparıldıqdan sonra namizədlər irəli sürülür. Lakin 135 nəfər bu tələblə razılaşmadığı üçün partiyadan xaric edildi. Özü də həmin şəxslər Bakıda hansısa təşkilatdan idilər və müxtəlif rayonlarda namizədliyini irəli sürmüşdü. Həmin şəxslərə izah edildi ki, partiyanın bütün qüvvəsi partiyanın irəli sürdüyü namizədi dəstəkləmək üçün səfərbər olunub. Bir partiyadan iki namizəd çıxaranda seçicilər arasında çaşqınlıq yaranır. Bu baxımdan həmin şəxslər partiya sıralarından çıxarıldı. Hazırda onların böyük əksəriyyəti peşmanlıq keçirərək, bizə müraciətlər edirlər. Bu isə təşkilatların və Nəzarət-Təftiş komitəsinin işidir ki, həmin şəxslərlə bağlı qərar verəcək”.
Göründüyü kimi, S.Novruzov çox açıq şəkildə deyib ki, YAP-ın rəsmi namizədinə paralel olaraq namizədliyini irəli sürənlər partiyadan çıxarılıblar.
Mia.az olaraq bu iddia ilə bağlı 16 saylı dairə üzrə qısa araşdırma apardıq. Aydın oldu ki, məsələ heç də S.Novruzovun dediyi kimi deyil.
Belə ki, həmin dairədən YAP rəsmi olaraq Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi Səfərov İlham İlyas oğlunun namizədliyini irəli sürsə də, bu dairədən YAP-ın Nizami rayon təşkilatının İdarə Heyəti ilə Siyasi Şurasının üzvü, eyni zamanda, Fəttah Heydərovun köməkçisi olan “RX SƏRDAROĞULLARI HOLDİNG” MMC-nin meneceri Ramin Əhmədov da seçkiyə qatılıb.
O, hətta bu dairənin lider namizədi Erkin Qədirlidən sonra ikinci əsas səs alan namizədlərdən biri olub.
Bunu MSK-nın rəsmi saytından - aşağıdakı link vasitəsi ilə də görmək olar:
https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=2&dsk=16
Buradan görünür ki, Ramin Əhmədov son ana qədər seçkidə iştirak edib. Yəni namizədliyini geri çəkən 101 nəfərin içində olmayıb.
Digər maraqlı nüans budur ki, o, S.Novruzovun partiyadan çıxarıldıqları dediyi 135 nəfərin də arasında deyil.
Bunu isə YAP-ın rəsmi saytındakı fakt sübut edir:
http://yap.org.az/az/view/regions/12#tab2
İndi sual olunur, kim yalan danışır?
Maraqlıdır, YAP-ın Nizami rayon təşkilatı mərkəzi aparata saxta məlumat verə bilərmi?
Yeri gəlmişkən, hələ seçki zamanı Mia.az bununla bağlı YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanın sosial şəbəkədəki profilinə sorğu göndərsə də, o, bunu görməzlikdən gəlib...
Mia.az
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı