Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

img

25-02-2020 [13:15]


Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Buzovna qəsəbəsində yaşayan F.Dadaşov fevralın 23-də, qəsəbə ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev fevralın 24-də Qala qəsəbəsinin ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR