SEÇKİ BİTDİ: ŞİKAYƏTLƏR VƏ MSK-nın QƏRARLARI İCRA BAŞÇILARINA NƏLƏR VƏD EDİR? - Təhlil
23-02-2020 [20:27]
Fevralı 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı şikayətlərin araşdırıldığı ərəfədə icra başçısı İsmayıl Vəliyev başda olmaqla, Neftçalada xeyli məmurun həbsi diqqəti bundan sonrakı “icra başçısı ovu”na yönəldib.
Mia.az xəbər verir ki, bunun üçün xeyli əlavə əlverişli zəmin yaranıb.
Belə ki, Prezident İlham Əliyevin “seçki pozuntularına yol verənlər cəzalandıracaq”, - xəbərdarlığından sonra, MSK 4 dairə - 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə nəticələri tamamilə ləğv edib. Üstəlik, bu günə qədər 80-ə yaxın dairə üzrə 100-ə yaxın məntəqələrdə səsvermənin nəticləri etibarsız sayılıb.
Hələ bu prosesin fevralın 29-u da daxil olmaqla davam edəcəyini nəzərə alsaq, o zaman bəzi dairələr üzrə hələ xeyli məntəqələrdə səsvermənin nəticələrinin ləğvi gözləniləndir. Sözsüz ki, bu, həm də seçki prosesinin yerlərdə düzgün və əhatəli təşkil edilməməsinə dəlalət edir. Və o səbəbdən, yerli icra başçılarının Prezidentin yuxarıda qeyd edilən xəbərdarlığından nəsiblərini alacaqlarını proqnozlaşdırmaq mümkündür.
Bu yerdə unutmayaq ki, MSK sədri M.Pənahov “seçkidə neqativ hallara yol verən DSK üzvləri cəzalandırılacaq”, - mesajını demək olar ki, hər iclasda təkrarlayır. Yəni MSK öz sahəsi üzrə tədbir görəcəyini vəd edir və gözlənilir ki, Mərkəzi Seçki Komissiyası seçki şikayətləri ilə bağlı araşdırmaları yekunlaşdırdıqdan sonra DSK rəhbərlərinin cəzalandırılması prosesinə start verəcək.
Maraqlıdır, MSK bu prosesə start verəcəyi halqda, o zaman seçkiyə inzibati resurslarla müdaxilə edərək, prosesi kölgələyən yerli məmurları, başqa sözlə desək, icra başçılarını nə gözləyir?
Bu və ya digər suallar ətrafında verilən şərhlərə görə, fevralın 9-dakı seçki prosesi Bakının Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovun, Lənkəranın icra başçısı Taleh Qaraşovun, İmişlinin icra başçısı Vilyam Hacıyevin və daha bir neçə icra başçısının karyeralarına son qoya bilər.
Diqqət etsək görərik ki, Qaradağı əhatə edən hər iki seçki dairəsindəki pozuntular MSK tərəfindən rəsmən etiraf olunub. Belə ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə 11 (lider namizəd Lökbatan bələdiyyəsinin sədr müavini Xasayeva Səbinə Səməd qızı), 11 saylı Qaradağ seçki dairəsi üzrə (lider namizəd Hüseynov Aydın Nəsir oğlu) 1 məntəqədə səslər etibarsız sayılıb. Əlbəttə, bunların icra başçısı S.Mikayılovun ”xidmət”inin bəhrəsi olaraq, cavabsız buraxılması gözlənilmir.
İmişlinin icra başçısı Vilayam Hacıyevə də bu seçki sürpriz yaşada bilər. Belə ki, Razi Nurullayevin lider olduğu 79 saylı İmişli seçki dairəsi üzrə 5 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması, 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə (Qənizadə Çingiz Aşralı oğlu) isə nəticələrin tamamilə ləğvi, icra başçısına “təşəkkür” vəd edə bilməz.
Oxşar gözləntini Lənkaranın icra başçısı Taleh Qaraşovun haqqında da söyləmək olar.
Onun rəhbəri olduğu rayonda 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə (lider namizəd deputat Hadı Rəcəbli) nəticələrin tam ləğvi, digər dairələr üzrə isə çoxsaylı şikayətlərin olması göstərir ki, Taleh Qaraşov da bu dəfə prosesə ciddi yanaşmayıb...
Həmçinin, 125 saylı Zəngilan-Qubadlı, 117 saylı Oğuz-Qəbələ və digər dairələrdə yaşanan neqativ halların da bu rayonların rəhbərlərinə “təlatüm”lər yaşatması gözləniləndir.
MİA.AZ
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)