İSA QƏMBƏRİN ŞİKAYƏTİ DAHA ƏTRAFLI ARAŞDIRILACAQ - 19 saylı dairə ilə bağlı hansı qərar veriləcək?

img

23-02-2020 [19:21]


Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 19 saylı Nərimanov seçki dairəsindən namizəd İsa Qəmbərin şikayətinə baxılıb.

Mia.az -ın məlumatına görə, iclasda MSK üzvü bildirib ki, həmin şikayətin araşdırılması üçün vaxtın uzadılmasına ehtiyac var.

Beləliklə, səsvermə ilə bu şikayətin araşdırılmasının davam etdirilməsinə qərar verilib.

Xatırladaq ki, heç bir inzibati dəstək olmadan, eyni zamanda, normal təbliğat aparmadan bu dairə üzrə İsa Qəmbər kifayət qədər çox səs alıb. O, 3200-ə yaxın səs toplayıb.

Həmin dairə üzrə lider namizəd Əli Əhmədovun himayə etdiyi "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Məmmədovdur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR