YAP-ın 26 YAŞLI NAMİZƏDİNİN XEYİRİNƏ SAXTAKARLIQ - MSK daha 11 məntəqədə səsləri etibarsız saydı

img

23-02-2020 [18:54]


Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Mia.az-ın məlumatına görə, iclasda həmin dairə üzrə namizədlər Natiq Cəfərli ilə Elman Quliyevin şikayətlərində dairə üzrə bir sıra seçki məntəqələrində səsvermə prosesinin pozulduğu vurğulanıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı qeyd olunan hallar 8 seçki məntəqəsində öz təsdiqini tapıb. A.Muxtarova həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28, 29 saylı məntəqələrdə səsvermələrin nəticələrinin ləğv olunmasını təklif edib. 

Sonra çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntəqələrdə də qanun pozuntularının olduğunu qeyd edərək həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsi təklifini irəli sürüb. Hər iki təklif səsə qoyularaq qəbul edilib və həmin dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri ləğv olunub.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd YAP-ıın 26 yaşlı namizədi, Lökbatan bələdiyyəsinin sədr müavini Səbinə Xasayevadır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR