FƏZAİL AĞAMALININ QƏLƏBƏSİNƏ TƏHLÜKƏ: 11 məntəqədə səsvermə ləğv olundu

img

23-02-2020 [18:52]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Mia.az-ın məlumatına görə, iclasda həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia edib.

MSK üzvü Baxşeyiş Əsgərov deyib ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov bildirib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub.

O, bu məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR