Koronavirus İtaliyanı da cənginə alır - Yoluxanların sayı 100 nəfəri ötüb

img

23-02-2020 [16:35]


İtaliyanın Lombardiya əyalətində koronavirusa yoluxanların sayı 89 nəfərə çatıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə regionun rəhbəri Attilio Fontana bildirib.

“Təəssüf ki, Lombardiyada virusa 89 nəfər yoluxub”, - deyə o, “SkyTg24” telekanalının efirində qeyd edib.

A.Fontana əlavə edib ki, bununla da İtaliyada yeni virusa yoluxanların sayı 100 nəfəri ötüb.

Son məlumatlara görə, ölkədə virusdan 2 nəfər ölüb. İtaliyanın artıq 5 regionunda virusa yoluxma halları qeydə alınıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR