İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb

img

23-02-2020 [13:08]


İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. 

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur bildirib ki, koronavirusa 28 yoluxma hadisəsi qeydə alınıb. Ölkənin daha 5 vətəndaşı virusun qurbanı olub.

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb.

Daha əvvəl bildirilirdi ki, yoluxucu virusdan ölənlərin sayı nəfərdir. 

2019-nCoV koronavirusu ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Artıq bu ölkədə 2 442 nəfər yeni virusun qurbanı olub. Çində koronavirusa yoluxanların sayı 76 939 nəfərə çatıb, daha 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR