1 ÜNVANDA 355, BİR ŞƏXSİN 200 ŞİRKƏTİ... - Məmurların tender oyunlarında iştirakçı olan MMC-lərin SİYAHISI

img

23-02-2020 [12:51]


Bir çox nazir və icra başçılarının əsas qazanc mənbələrinin öz yaxın adamlarının adlarına MMC-lər təsis etdirib, büdcə vəsaitlərini saxta tenderlərlə mənimsəmələri sirr deyil.

Mia.az xəbər verir ki, belə MMC-lər və onların himayəçiləri haqda zaman-zaman mətbuatda məlumatlar verilib.

Hətta fevralın 19-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta sənədlər əsasında belə maliyyə əməliyyatları aparan bir dəstə üzvlərini də ifşa edib. (https://www.mia.az/w984166/quotbandotdelquotden-emeliyyat-60-firma-ile-coxsayli-saxta-emeliyyatlar-heyata-keciren-deste-uzvleri-hebs-edildi-foto-2020-02-19-161619)

Həmin vaxt DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumatda bildirilirdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu tədbir nəticəsində saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan şəxslər ifşa ediliblər:

"Baş İdarə əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar Şahgəldiyev tutulub. 

Onun idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxım firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülüb. 

Tədbirin davamı olaraq E.Şahgəldiyevin saxta əməliyyatlar aparmaq üçün adlarına firmalar açdığı dəstənin digər üzvləri - oğlu Elnur Şahgəldiyev, tanışları Xəyal Quliyev və Oqtay Xudatov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər. 

Eldar Şahgəldiyev ifadəsində əvvəllər də eyni qanunazidd əməllər etdiyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarədə qanunauyğun tədbirlər görülüb, araşdırmalar davam etdirilir".

Ancaq görünən budur ki, belə çoxsaylı MMC-lər yaradıb, maliyyə əməliyyatları həyata keçirəın şəxslər az deyil.

Elə iki gün əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki hesabında belə MMC-lər və onların ünvanları haqda iki maraqlı siyahı paylaşıb.

Hıəmin siyahıdan bəlli olldur ki, hətta eyni ünvanda 355 MMC qeydiyyatdan keçirilib. Bəli, bəli nə az, nə çox, düz 355 şirkət. Əlbəttə, belələrinin eyni şəxs və ya şəxslərə bağlılığı şübhə doğurmur...

Sual oluna bilər, bu qədər MMC və onun möhürləri niyə, yaxud kimə hansı məqsdə üçün lazımdır?

Hər halda, bunu araşdırmaq "Bandotdel" kimi qurumların işidir.

Biz isə C.Həsənlyə istinadla həmin şirkətlərin siyahısını təqdim edirik:

AĞARƏHİM MƏMMƏDOV QƏRİBŞAH OĞLU - 199 şirkət

ALLAHYAR MİRZƏYEV ADAŞİL OĞLU - 186 şirkət

TEYMUR ƏLİYEV MÖMİN OĞLU- 181 şirkət

MEHMAN MİRZƏLİYEV CANMİRZƏ OĞLU -143 şirkət

ƏLƏDDİN CABBARLI NURƏDDİN OĞLU- 139 şirkət

HİKMƏT TAĞIYEV ƏDALƏT OĞLU - 131 şirkət

ŞAMİL QANDAYEV RAMAZAN OĞLU - 128 şirkət

ELVİN ƏSGƏROV CƏMİL OĞLU - 125 şirkət

ƏBİLFƏZ MƏMMƏDOV İNŞALLA OĞLU - 123 şirkət

FƏRQAN CƏFƏRLİ ETİBAR OĞLU - 122 şirkət

MİSKİN HÜMBƏTOV İBRAHİM OĞLU - 109 şirkət

ƏLİABBAS İMANOV AĞABƏY OĞLU - 104 şirkət

Aşağıdakı ünvanlarda hüquqi qeydiyyatda olan şirkətlərin sayına diqqət yetirin:

BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 1, m. 46 - 355 şirkət

BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 60, m. 89 - 213 şirkət

BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, AZƏR MANAFOV, ev 14, m. 54 - 207 şirkət

MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 11\51, m. 1 - 140 şirkət

BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, ev 15, m. 10 - 120 şirkət

BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, ƏMİRCAN ŞTQ, NEFTÇİ (ƏMİRCAN QƏS.), ev 3, DALAN 2 - 114 şirkət

SUMQAYIT ŞƏHƏRİ, 6 MKR, ev 27, m. 39 - 108 şirkət

BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 80, m. 6 - 100 şirkət

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR