1 ÜNVANDA 355, BİR ŞƏXSİN 200 ŞİRKƏTİ... - Məmurların tender oyunlarında iştirakçı olan MMC-lərin SİYAHISI
23-02-2020 [12:51]
Bir çox nazir və icra başçılarının əsas qazanc mənbələrinin öz yaxın adamlarının adlarına MMC-lər təsis etdirib, büdcə vəsaitlərini saxta tenderlərlə mənimsəmələri sirr deyil.
Mia.az xəbər verir ki, belə MMC-lər və onların himayəçiləri haqda zaman-zaman mətbuatda məlumatlar verilib.
Hətta fevralın 19-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta sənədlər əsasında belə maliyyə əməliyyatları aparan bir dəstə üzvlərini də ifşa edib. (https://www.mia.az/w984166/quotbandotdelquotden-emeliyyat-60-firma-ile-coxsayli-saxta-emeliyyatlar-heyata-keciren-deste-uzvleri-hebs-edildi-foto-2020-02-19-161619)
Həmin vaxt DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumatda bildirilirdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu tədbir nəticəsində saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan şəxslər ifşa ediliblər:
"Baş İdarə əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar Şahgəldiyev tutulub.
Onun idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxım firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülüb.
Tədbirin davamı olaraq E.Şahgəldiyevin saxta əməliyyatlar aparmaq üçün adlarına firmalar açdığı dəstənin digər üzvləri - oğlu Elnur Şahgəldiyev, tanışları Xəyal Quliyev və Oqtay Xudatov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Eldar Şahgəldiyev ifadəsində əvvəllər də eyni qanunazidd əməllər etdiyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.
Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarədə qanunauyğun tədbirlər görülüb, araşdırmalar davam etdirilir".
Ancaq görünən budur ki, belə çoxsaylı MMC-lər yaradıb, maliyyə əməliyyatları həyata keçirəın şəxslər az deyil.
Elə iki gün əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki hesabında belə MMC-lər və onların ünvanları haqda iki maraqlı siyahı paylaşıb.
Hıəmin siyahıdan bəlli olldur ki, hətta eyni ünvanda 355 MMC qeydiyyatdan keçirilib. Bəli, bəli nə az, nə çox, düz 355 şirkət. Əlbəttə, belələrinin eyni şəxs və ya şəxslərə bağlılığı şübhə doğurmur...
Sual oluna bilər, bu qədər MMC və onun möhürləri niyə, yaxud kimə hansı məqsdə üçün lazımdır?
Hər halda, bunu araşdırmaq "Bandotdel" kimi qurumların işidir.
Biz isə C.Həsənlyə istinadla həmin şirkətlərin siyahısını təqdim edirik:
AĞARƏHİM MƏMMƏDOV QƏRİBŞAH OĞLU - 199 şirkət
ALLAHYAR MİRZƏYEV ADAŞİL OĞLU - 186 şirkət
TEYMUR ƏLİYEV MÖMİN OĞLU- 181 şirkət
MEHMAN MİRZƏLİYEV CANMİRZƏ OĞLU -143 şirkət
ƏLƏDDİN CABBARLI NURƏDDİN OĞLU- 139 şirkət
HİKMƏT TAĞIYEV ƏDALƏT OĞLU - 131 şirkət
ŞAMİL QANDAYEV RAMAZAN OĞLU - 128 şirkət
ELVİN ƏSGƏROV CƏMİL OĞLU - 125 şirkət
ƏBİLFƏZ MƏMMƏDOV İNŞALLA OĞLU - 123 şirkət
FƏRQAN CƏFƏRLİ ETİBAR OĞLU - 122 şirkət
MİSKİN HÜMBƏTOV İBRAHİM OĞLU - 109 şirkət
ƏLİABBAS İMANOV AĞABƏY OĞLU - 104 şirkət
Aşağıdakı ünvanlarda hüquqi qeydiyyatda olan şirkətlərin sayına diqqət yetirin:
BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 1, m. 46 - 355 şirkət
BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 60, m. 89 - 213 şirkət
BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, AZƏR MANAFOV, ev 14, m. 54 - 207 şirkət
MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 11\51, m. 1 - 140 şirkət
BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, ev 15, m. 10 - 120 şirkət
BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, ƏMİRCAN ŞTQ, NEFTÇİ (ƏMİRCAN QƏS.), ev 3, DALAN 2 - 114 şirkət
SUMQAYIT ŞƏHƏRİ, 6 MKR, ev 27, m. 39 - 108 şirkət
BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 80, m. 6 - 100 şirkət
MİA.AZ
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb