“Valiko Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev həbs edildi

img

21-02-2020 [14:44]


Balakən rayonunda əvvəllər üç dəfə məhkumluq həyatı yaşayan və kriminal aləmdə “Valiko Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev saxlanılıb. 

Mia.az-ın məlumatına görə, rayonun Mahmalar kənd sakini, 59 yaşlı Həsrət Abdurəhman oğlu Yekəyev rayonun Katex kəndi ərazisində tutulub. 

Onun üzərində aparılan axtarış zamanı bir ədəd salafon torbada təmiz çəkisi 37,129 qram narkotik vasitə hesab edilən heroin və bir qabda təmiz çəkisi 6,929 qram olan metamfetamin aşkar edilərək götürülüb. 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR