MSK daha iki dairə üzrə iki məntəqənin nəticəsini etibarsız saydı

img

20-02-2020 [20:00]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd Ağasif İbrahimovun (Şakiroğlu) müraciətinə baxılıb. 

Məsələ ilə bağlı MSK üzvü Validə Kazımova məlumat verib. 

MSK üzvü bildirib ki, namizəd müraciətində müşahidəçilərə şəraitin yaradılmamasını və digər məsələləri qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb. Həmin dairə üzrə 1 seçki (24 saylı) məntəqəsinin nəticəsi etibarsız sayılsın”.

Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, bu dairədə lider namizəd deputat Azay Quliyevdir.

Xatırladaq ki, bu dairədə lider namizəd deputat Azay Quliyevdir.

                                                                                             ***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ seçki dairəsindən namizəd Samir Məmmədov müraciətinə baxılıb. 

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairədə baş verən qanun pozuntularına hüquqi qiymət verilməsini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı bir seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntu aşkarlanmayıb”.

İclasda həmin dairənin bir seçki məntəqəsi (30 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib/Report.

Qeyd edək ki, bu dairədən isə lider namizəd deputat Aydın Hüseynovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR