Abşeronda kriminal aləmə meyilli şəxs "Kalaşnikov"la saxlanıldı

img

20-02-2020 [12:03]


Hüquq-mühafizə orqanlarının əməkdaşları Abşeron rayonunda əməliyyat keçirib.

"Report" xəbər verir ki, əməliyyat zamanı Rusiya Federasiyasında oğurluqlar etdiyi üçün əvvəllər dəfələrlə məhkum edilmiş 32 yaşlı Ramal Əzizov saxlanılıb.

Onun üzərindən "Kalaşnikov" markalı avtomat silah və 30 ədəd patron aşkarlanıb.

R.Əzizovun kriminal aləmə meyilli şəxs olduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR