KTN-nin 30 milyonluq müxtəlif tenderlərinin qalibi haqda maraqlı məlumatlar yayılıb
19-02-2020 [14:14]
2018-ci ildən bəri dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlər artan tepmlə davam edib.
Belə ki, təkcə 2019-cu ildə nazirliyə dövlət büdcəsindən 147 milyon 864 min, 2020-ci ildə isə 216 milyon 963 min manat vəsait ayrılıb.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi 2013-2018-ci illərdə maldarlığın inkişafı üçün dəyəri yüz milyonlarla ölçülən layihələr həyata keçirib. Nazirliyin dəyəri milyonlarla ölçülən layihələri hazırda da davam etdirilir.
Bəs bu layihə və tenderləri hansı şirkət həyata keçirib?
Arqument.Az-ın əldə etdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ilin avqust ayınının 9-dan 2-19-cu ilin dekabr ayınının 19-na kimi 6 lot üzrə sifarişçi olduğu tenderin ümumi məbləği 30.241.087 (otuz milyon iki yüz qırx bir min səksən yeddi manat təşkil edib:
1. Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakultəsinin Emalatxana binasının əsaslı təmiri - 698.350
2. Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının əsaslı təmiri - 1.015.765
3. Aqrar yönümlü Peşə təhsili məktəbinin tikintisi - 5.771.621
4. Qobustan rayonunda iri və xırda buynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksinin tikintisi - 9.744.578
5. Göygöl rayonunda İri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisi - 12.750.533
6. Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının xarici mühəndis kommunikasiya təchizatı - 260.240.
Dörd ay ərzində davam keçirilən bu tenderlərinin hamısının qalibi isə "FASAD-F" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tenderlərdə qalib olan şirkətin sahibi İnam Kərimovun qohumudur?
"Fasad-F" Məhdud Məsuliyyətli Cəmiyyəti 7 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğludur. "Fasad-F” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57-dir.
Məlumata görə, "Fasad-F” MMC-nin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğlu əslən Tərtər rayonunun Köçərli kəndindəndir. Eyni zamanda onun Kənd Təsərrüfatı naziri İnam Kərimovun həmyerlisi və qohumu olduğu deyilir.
Yarandığı müddətdən indiyədək ölkə miqyasında heç bir ciddi tikinti işi ilə məşğul olmayan tikinti şirkətinin – "Fasad-F” MMC-nin birdən-birə Kənd Təsərrüfatı Nazirliyinin 30 milyonluq tenderini udması da şirkət rəhbərinin nazirin qohumu olması barədə deyilənlərin həqiqət olduğuna dair ehtimalları gücləndirmiş olur.
Bununla belə araşdırmalarımız zamanı "FASAD-F” MMC barəsində daha maraqlı faktlar əldə edə bildik. Belə ki, 2016-cı ildə təsis edilən "Fasad-F” MMC hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57 ünvanı göstərilsə də, şirkətin faktiki ünvanı Binəqədi şossesi 12 ünvanında fəaliyyət göstərən "Akabe-İnşaat” şirkətinin ofisi kimi qeyd olunur.
"FASAD-F” MMC 2016-cı ilin oktyabr ayında təsis olunsa da, 2018-ci ildə şirkətdə reyestr dəyişikliyi baş verəndən-rəhbərliyin dəyişikliyindən sonra şirkət aktivləşməyə başlayıb.
Belə ki, bir çox sosial şəbəkələrdə, elan saytlarında "FASAD-F" MMC-yə savadlı mühasiblərin lazım olduğu barədə xəbərlər dərc olunub.
Maraqlıdır ki, bu elanda "Fasad-F" MMC-də işləmək istəyən şəxslərə "AKABE-İnsaat"-ın ofisinə müraciət etmələri bildirilib. Ancaq sonradan bu elanların əksəriyyəti sosial şəbəkələrdən silinib.
Məlumata görə "Fasad-F” MMC-nin qanuni təmsilçisi Fəxri Cəfərov "Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun əmisi oğludur.
Mövzu ilə bağlı Arqument.az yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyinə rəsmi sorğu göndərsə də, nazirlik sorğunu cavablandırmayıb, yazıda qeyd olunan fakt və iddialara cavab verməyib.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)