"Ərdoğan sərt oğlandır, o, istəmir ki..." - Tramp Türkiyə prezidenti ilə son danışıqlarından söz açdı

"Ərdoğan sərt oğlandır, o, istəmir ki..." - Tramp Türkiyə prezidenti ilə son danışıqlarından söz açdı

DÜNYA

18.02.2020, 23:49

ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın İdlib bölgəsində yaranmış vəziyyətin normallaşdırılması üzərində işləyir.

"RİA Novosti” xəbər verir ki, Tramp jurnalistlərə Prezident Ərdoğanla "çox yaxşı danışığım oldu", - deyib: "O, sərt oğlandır, amma bizim münasibətlərimiz yaxşıdır. O, istəmir ki, orada minlərlə və yüz minlərlə insanı öldürsünlər. Biz İdlib haqqında danışdıq, birlikdə işləyirik və baxırıq ki, nə etmək olar”.

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı bazar ertəsi olub. Dövlət başçıları Suriyada yaranmış vəziyyəti müzakirə ediblər/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR