İCRA BAŞÇISININ MÜAVİNİNİN QALİB ELAN OLUNDUĞU DAİRƏ: 3 məntəqədə səslər etibarsız sayıldı

img

18-02-2020 [18:14]


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan Fikrət Cəfərli və Vəlican Rəcəbovun müraciətinə baxılıb.

Mia.az xəbər verir ki, şikayətlə bağlı MSK üzvü İlkin Şahbazov deyib ki araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.

İ. Şahbzaov xatırladıb ki, həmin məntəqələrdən birində seçki günü işıqlar sönüb: “Lakin videogörüntülərdən aydın olur ki, müşahidəçilər işıqlar sönəndə seçki qutularının yanında durub, oraya heç kimi yaxınlaşmağa qoymayıblar”.

MSK-nın iclasında müraciət müzakirəyə çıxarılıb, qeyd olunan məntəqələrdə səsvermənin nəticələri ləğv olunmaqla, şikayət qismən təmin edilib.

Qərar 32 saylı Suraxanı üçüncü seçki dairəsində seçkinin ümumi nəticələrinə təsir etməyib.

Qeyd edək ki, buradan lider namizəd elə Suraxanıın İcra başçısının müavini, sabiq nazir Hüseynqulu Bağırovun xalası qızı Afət Həsnovadır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR