MSK DAHA İKİ DAİRƏ HAQDA QƏRAR VERDİ: 29 və 123 saylı dairələrdə 8 məntəqənin nəticələri etibarsız sayıldı

img

18-02-2020 [16:24]


MSK-nin bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsi ilə bağlı şikayətlərə baxılıb.

Mia.az verir ki, şikayət üzrə müzakirələrdən sonra məsələnin araşdırılmaq üçün dairə seçki komissiyasına göndərilməsi haqda qərar verilib.

Bu dairə üzrə blogger namizəd Bəxtiyar Hacıyevin də şikayətinə də bu gün baxılıb.

Şikayətlə bağlı açıqlama verən Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov deyib ki.B.Hacıyev şikayətində seçicilərin iradəsini əks etdirmədiyi üçün bu dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib: “Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. B.Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma üç istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və dairə seçki komissiyasından alınan protokollar. Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə şikayət araşdırılıb”.

R.İbrahimov bildirib ki, B.Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini istəyib: “Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokolları təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Həmin protokollardan sadəcə 9 ədədi orijinal protokollarla eynilik təşkil edir”.

MSK üzvü vurğulayıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq seçki qanunvericiliyinin tələblərinə görə, 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradan faktlar var. Buna görə də həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

Sonda 6 məntəqənin nəticəsinin ləğvi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 29 saylı Səbail seçki dairəsi üzrə lider namizəd Arpadarai Nigar Cavid qızıdır.

MSK eyni zamanda, 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verərək, bildirib ki, müraciət edən şəxslər dairə üzrə əksər seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verdiyini iddia edib və nəticələrin ləğv olunmasını tələb edib. “Araşdırmanın nətciəsi olaraq səsvermə prosesində səslərin hesablanmasında, seçicilərin iradəsinə təsir edən amillər təsdiqlənməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib".

Müzakirələrdən sonra 1 və 16 saylı  seçki məntqələrində səsvermənin nəticələrinin etibarsız sayılması haqda qərar verilib.

Bu dairədə isə lider namizəd icra başçısı Aqil Məmmədovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR