Madər Musayevin rəqibi maraqlı faktları açıqladı - DSK sədrinin 7 qohumu məntəqə sədrləri imiş + SİYAHI

img

18-02-2020 [14:20]


Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli 10 saylı Dairə Seçki Komissiyası (DSK) ilə bağlı maraqlı məlumat paylaşıb.

Mia.az xəbər verir ki, Qorxmaz İbrahimlinin məlumatına görə, DSK sədri İsgəndər Əliyevin əksər yaxın qohumları komissiyalarda vəzifə tutublar:

11 saylı Məntəqə Seçki Komissiyanda (MnSK) Qafarova Rəqsanə İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;

12 saylı MnSK-da Qafarov Oqtay (İsgəndər Əliyevin kürəkəni) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;

17 saylı MnSK-da Qafarov Ramin Oqtay oğlu (İsgəndər Əliyevin nəvəsi) - Milli Dövlətçilik Hərəkatı (MDHP) adından üzv;

18 saylı MnSK-da Qafarzadə Gülnarə Oqtay qızı (İsgəndər Əliyevin nəvəsi) - Yeni Azərbaycan Partiyası (YAP) adından üzv;

24 saylı MnSK-da Qasımov Vasif Rasim oğlu (İsgəndər Əliyevin kürəkəni) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;

25 saylı MnSK-da Qasımova Ceyran İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;

36 saylı MnSK-da ("N" saylı hərbi hissədə təşkil olunmuş müvəqqəti məntəqə) Orucov Səməd Əli oğlu (İsgəndər Əliyevin bacanağı) - Yeni Azərbaycan Partiyası (YAP) adından sədr.

Xatırladaq ki, Qorxmaz İbrahimli fevralın 9-da keçirilən parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd olub.

MSK-nın açıqladığı ilkin nəticələrə görə, bu dairədən yenə də 73 yaşlı Madər Musayev deputat seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR