Dünyanın ikinci ən gənc deputat qəzaya düşdü

img

18-02-2020 [13:52]


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul şəhərini təmsil edən deputatı Rümeysa Kadak avtomobil qəzası keçirib.

“Akşam” qəzeti xəbər verir ki, xanım millət vəkili yol qəzası nəticəsində yaralanıb.

Məlumata görə, R.Kadakın xidməti avtomobili magistral yolda yük maşınına çarpılıb.

Qeyd edək ki, 23 yaşlı Rümeysa Kadak Asiya qitəsinin birinci, dünyanın isə ikinci ən gənc deputatıdır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR