Ramil Şeydayev "Sabah”la müqaviləyə imza atdı

img

17-02-2020 [21:51]


"Sabah” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə müqavilə bağlayıb.

Mia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən, 23 yaşlı hücumçu mövsümün sonuna kimi sözügedən komandanın uğurları üçün çalışacaq. Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.

Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.

Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil əsas millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR