Qusarda polis əməliyyatı: 3 qardaş və daha bir nəfər həbs edildi + FOTO

img

17-02-2020 [13:31]


Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin satişı ilə məşğul olan rayon sakini, 45 yaşlı Raməddin Aslanov, iki qardaş Rəşid və Cavid Beybutovlar, həmçinin narkotik maddələri satıcılardan alan Asim Əmirov saxlanılıblar.

Dindirilmə zamanı Raməddin Aslanov, Rəşid və Cavid Beybutovlar Qusar rayonunda narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Polis əməkdaşları tərəfindən R.Aslanova məxsus evə keçirilən baxış zamanı oradan şüşə balonda satış üçün saxlanılan çəkisi 490 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR